Bakıda rüşvətə görə tutulan həkimin məhkəməsi başlayıb

24/11/2018 - 22:25 496 0   0  

Bakıda rüşvətə görə tutulan həkimin məhkəməsi başlayıbNərimanov Rayon Məhkəməsində dələduzluq və rüşvətə təhrik etməkdə təqsirləndirilən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun keçmiş həkim-kardioloqu Yeganə Osmanova və Gülarə Bədirovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 10-na təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata əsasən, həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində G.Bədirova tanışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə təsir etmək imkanına malik olmasına inandırıb, əlillik dərəcəsinin dəyişdirilməsi üçün ondan sentyabrın 3-də C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cinayət əlaqəsinə girdiyi həkim kardioloq Y.Osmanovanın xidməti otağında 2500 manat məbləğində pulu birlikdə alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. (report)