Bakıda QƏTL: Qadın kirayədə qaldığı evdə öldürüldü

15/11/2018 - 11:14 8 017 0   0  

Bakıda qadın qətlə yetirilib.

Yasamal rayonu ərazisində 1967-ci il təvəllüdlü İradə Mütəllimovanın kirayədə qaldığı evdə meyiti tapılıb.
Araşdırma zamanı onun küt alətlə başına zərbələr endirilərək qətlə yetirildiyi müəyyən olunub.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb.
İ.Mütəllimovanı qətlə yetirən şəxsin axtarışı davam etdirilir.