Bakıda qəbiristanlıqda üç günlük körpə tapılıb

12/01/2019 - 11:28 2 548 0   0  

Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda atılmış üç günlük qız uşağı tapılıb. 
Suveren.az-ın Report-a istinadən məlumatına görə, körpə polislər tərəfindən 1 saylı Körpələr evinə təhvil verilib. 
Uşağın anası 37 yaşlı Nailə Ağayeva isə Xəzər rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
Faktla bağlı araşdırma aparılır.