Bakıda otel rəhbəri olan türkiyəli iş adamı öldü - Müəmmalı şəkildə

05/04/2019 - 10:30 4 045 0   0  

Bakıda otel rəhbəri müəmmalı şəkildə ölüb.

Nərimanov rayonunda yerləşən "Golden Shayn” otelinin rəhbəri, Türkiyə vətəndaşı Mehmet Ali Altınterim aprelin 4-də gecə saat 03 radələrində evində vəfat edib.
60 yaşlı M.A.Altınterimin ölüm səbəbinin müəyyən olunması üçün məhkəmə tibbi ekspertizası təyin edilib. (Qafqazinfo)