BAKIDA MÜƏMMALI OLAY: Ərinin maşınından düşüb yoxa çıxdı

22/01/2019 - 12:41 11 410 0   0  

Bakıda 26 yaşlı qadın müəmmalı şəkildə itkin düşüb.

Open.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Firudin Ələkbərov Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək, qızı, 1992-ci il təvəllüdlü Gülşən Məmmədovanın Babək Prospekti ev 102 ünvanın qarşısında həyat yoldaşı Fuad Məmmədovun idarə etdiyi avtomobildən düşdüyünü və həmin vaxtdan sonra itkin düşdüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.