Bakıda mənzildə yanğın olub – Ölən var

08/11/2018 - 09:57 1 255 0   0  

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi olub.
“Report” FHN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 64 m2 olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 m2 sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb.
Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.