Bakıda keçiriləcək futbol yarışına fantastik qiymətə biletlər – 14 NƏFƏRLİK SKYBOX BİLETLƏRİ 280 MİN MANATA SATILIB!

25/05/2019 - 00:37 4 816 0   0  

Xəbər verildiyi kimi, mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək. Avropa Liqasının final batçına futbol azarkeşlərinin böyük maraq göstərəcəyi şübhə doğurmur.

Belə ki, yarışı izələmək üçün ölkəmizə 40 min nəfərə yaxın futbol fanatının və digər xarici qonaqlarını gələcəyi gözlənilsə də, Avroliqanın final oyununa ölkəmizdə də maraq az deyil. Təsadüfi deyil ki, satışa çıxarılan biletlər qısa müddətdə öz alıcısını tapdı və artıq bu oyuna bilet tapmaq müşkül məsələdir. Üstəlik, digər futbol yarışları ilə müqayisədə biletlər kifayət qədər yüksək məbləğə satılıb. Xüsusən Skybox biletlərinin qiyməti fantastik məbləğə təklif olunsa da, qısa müddətdə tamamilə tükənib.

Əldə etdiyimiz məlumata əsasən, "Arsenal" - "Çelsi" oyununu izləmək istəyən xüsusi müştərilər üçün "qara bazar"da Skybox biletləri aşağıdakı qiymətə satılıb:

6 nəfərlik - 175000 AZN;

10 nəfərlik - 225.000 AZN;

12 nəfərlik - 235.000 AZN;

14 nəfərlik - 280.000 AZN.

Bu isə onu deməyə əsas verir ki, işbazlar biletləri əvvəlcədən alıb və oyun öncəsi satışa çıxarıb.

Qeyd edək ki, ümumilikdə Skybox biletinin qiyməti 1 nəfər üçün kateqoriyadan asılı olaraq 1190-1390 avro (2256 - 2635 AZN) olaraq müəyyənləşdirilib. Biletlər 9-10 nəfərlik paketlər olaraq təklif edilirdi. 10 nəfərlik paketin qiyməti 11900-13900 avro (22560 - 26350 AZN) təşkil edib.

Onu da qeyd edək ki, Skybox biletləri olanlar bir çox üstünlük əldə edir. Belə ki, Skybox-larda televizor, soyuducu, kondisioner, tualet və pulsuz WIFI var. Hər skybox-da bir barmen və bir ofisiant qonaqlara xidmət göstərir. Seçiminizə əsasən menyunuz qəlyanaltılar, isti yeməklər, spirtli və spirtsiz içkilərdən ibarət ola bilər.

Bakı Olimpiya Stadionunda cəmi 124 ədəd Skybox var. Skybox-larda 14 nəfərdən 32 nəfərə qədər qonaq yerləşdirmək olar. 5 cür yerləşdirmə planı mümkündür.

Skybox biletlərin üstünlükləri bunlardır:

Stadiona xüsusi giriş,

müxtəlif menyu seçimi,

yüksək səviyyəli xidmət,

pulsuz parkinq,

oyunun rəsmi proqramı hədiyyə. 

Suveren.az