Bakıda iki "Mercedes" toqquşdu, nəticədə...

22/01/2019 - 15:32 11 608 0   0  

Bakıda iki avtomobilin iştirakı ilə qəza baş verib.

Suveren.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Binəqədi şossesində qeydə qalınıb. Qəzaya səbəb isə avtomobillərdən birinin əks yola çıxması olub.
Şahidlərin sözlərinə görə, 99 BT 931 nömrə nişanlı "Mercedes E-class" markalı avtomobil mərkəzə doğru hərəkətdə olarkən, onun yoluna çıxan "Mercedes C-class" avtomobili ilə toqquşub. Nəticədə sözügedən yolda uzun tıxac yaranıb.
Hadisədə xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.