"Bakıda erməniləri diri-diri yandırdılar...” - İNGİLİS MEDİASINDAN NÖVBƏTİ RƏZALƏT

26/05/2019 - 10:25 3 599 1   1  

Britaniyanın “The Independent” qəzetində “Henrikh Mkhitaryan, Baku and why sport and politics cannot be separated” (Henrix Mxitarayan, Bakı və nədən idmanıa siyasəti bir-birindən ayrmaq olmaz) adlı məqalə dərc olunub.

Musavat.com xəbər verir ki, söhbət “Arsenal”ın erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanla bağlıdır. Artıq xeyli müddətdir ki, Britaniya mətbuatı bu mövzunu gündəmə gətirib. Bu tip yazıları oxuyanda adama elə gəlir ki, həmin yazıları ASALA terror qrupunun üzvləri qələmə alıb. Yəni, həmin yazılarda Azərbaycana o qədər nifrət var ki...
 
Adını çəkdiyim məqalənin müəllifi Jonahan Liew haqqımızda elə şeylər yazıb ki, adamın ayağının altından yer qaçır. Onun Twitter hesabı @jonathanliew kimi gedir, ingilis dilini bilən dostlarımız ona sosial şəbəkə üzərindən etiraz edə bilərlər.
 
Onun Twitter hesabı bu kimi statuslarla doludur: "Gay sex is NOT a sin. Didn't you hear me, guys? I said NOT." (Geylərin bir-biri ilə evlənməsi günah deyil. Oğlanlar, siz məni eşitmədiz? Mən dedim ki, (günah) deyil”). Dünyanın işinə baxın, bu kimi gey təfəkkürlü yazarlar Azərbaycanı gözdən salmaq üçün bütün murdarlıqlara əl atır.
 
Həmin məqalədən bəzi hissələri diqqətinizə çatdırıram. Məqalə belə başlayır: “Bakıda talanlar (poqrom) 1990-cı ilin 12 yanvarında başladı. Azərbaycanın paytaxtında keçirilən millətçi nümayiş anındaca çirkin və iri kütləyə döndü və şəhərin küçələrində erməni axtarışı başladı. Bakıdakı ermənilər azalsa da onların xeylisi hələ də burada yaşayırdı. O vaxt artıq Azərbaycan və Ermənistan arasında başlamış müharibə iki ili idi ki sürürdü. Həmin vaxt hər iki tərəfdən insanları kütləvi şəkildə qovurdular və ağlasığmaz vəhşiliklər törədirdilər. Bakıda yaşayan 250 min erməninin çoxu müharibə başlanandan şəhərdən qaçmışdı, ancaq haradasa 50 min erməni hələ də paytaxtda qalırdı. Onların varlığı anti-erməni çağırışlarına təkan verirdi və kütlə yerdə qalan ermənilərin ovuna çıxmışdı.
 
Növbəti bir neçə gündə Bakıdakı heç bir erməni təhlükədən kənarda qalmadı. Əla təşkil olunmuş zoraklıq dəhşətli xarakter aldı, onların əlində ermənilərin adı və yaşadığı ünvanların siyahısı vardı. Talan törədənlər küçə-küçə gəzirdi. Yaşlı admları evlərindən çölə atıb döyürdülər. Çoxlarını diri-diri yandırırdılar. Qadınların zorlanması və insanların döyülməsi adi hal almışdı. Azərbaycanlı əsgər öz mənzilindəki pəncərədən kimlərsə tərəfindən atılan lüt qadının necə gördüyünü daha sonra təsvir etmişdi. Başqa bir şahid isə deyirdi ki, onun gözü önündə bir ermənini paramparça etdilər və onun qalıqlarını zibil konteynerinə atdılar.
 
Heç kəs bilmir ki, həmin həftə nə qədər erməni (Bakıda) öldürüldü. Sağ qalanlar isə vaxt itirmədən aradan çıxdılar. Bu gün Bakıda yaşayan ermənilərin sayının təxminən 100 nəfərə yaxın olduğu söylənilir. Onlar ya qarışıq ailədən çıxanlardır, ya da yerli adamlarla evlidirlər”...
Bu kimi arqumentlərdən sonra jurnalist yazır ki, Henrix Mxitaryan Bakıya niyə getmədiyini yaxşı bilir. Növbəti arqument isə daha maraqlıdır. Yazır ki, Bakıda ermənilərə qarşı talanlar baş verəndə onun heç bir yaşı yox idi: “Sonra isə onun ailəsi zorakılıqdan uzaq olmaq üçün İrəvandan Fransaya köçdü”.

İrəvanda yaşayan adam hansı zorakılıqdan uzaq olmağa çalışırdı? Bəlli deyil. Bəlli olan odur ki, müəllif Bakıda ermənilərə divan tutulmasını adı bəlli olmayan şahidlərə istinadən ən dramatik formada təsvir edir. Hətta bununla da kifayətlənmir. Yazır ki, erməniləri Sumqayıtda da qırıblar.
 
Məqalədə qeyd olunur ki, 2012-ci ilin rəy sorğusuna əsasən azərbaycanlıların 91 faizi erməniləri “ən böyük düşmən” hesab edir. Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci ildə Twitter hesabında yazdığı “Armenia is not even a colony, it is not even worthy of being a servant,” (Ermənistan heç müstəmləkə də deyil, o, (Ermənistan) heç qulluqçu olmağa da yaramır) da məqaləyə salıb.
 
Müəllif yazır ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Mxitaryanın Azərbaycana gəlməsində problem yoxdur, deyir. Qeyd edir ki, 4 il öncə Bakıda keçirilən Avropa Oyunlarında 25 nəfər erməni atlet iştirak edib və kimsə fiziki zoraklığa məruz qalmayıb. Müəllif yazır: “Ancaq səfir deməyib ki, hər dəfə ermənilər meydana çıxanda kütlə onları fitə basıb. O da təəccüblü deyil ki, səfir (Bakıda) olan erməni talanlarından və ermənilərin küçələrdə diri-diri yandırılmasından bir söz deməyib. İndiki həssas məqam belə söhbətlər üçün əlverişli deyil ...”
Jonahan Liew məqalənin heç bir yerində Ermənistandan və Azərbaycanın ermənilər tərəfindən işğal olan ərazilərindən qovulan 1 milyon qaçqın haqqında bir kəlmə demir. Ermənilərin Azərbaycan ərazilərini işğal etməsininin üstündən də sükutla keçir. Bakıda 30 min erməninin yaşamasından da müəllifin xəbəri yoxdur. O, hesab edir ki, paytaxtda 100 nəfərdən az erməni yaşayır. Ermənistanda nə qədər azərbaycanlının yaşamasını yazmaq da müəllifin yadından çıxıb. Müəllif heç onu da bilmir ki, rəsmi statistikaya görə Ermənistanda əhalinin 99,9 faizi ermənidir. Bu, faşizmdən də ötə bir şey deməkdir. Ancaq məqalənin iki yerində Bakıda ermənilərin diri-diri yandırılması vurğulanır. Heç şübhəsiz ki, bu kimi yazılara mütləq cavab verilməlidir. Bu məsələ ilə bağlı bizim də deməyə xeyli sözümüz var.
 
Ancaq bütün bu çirkin kampaniyaya rəğmən mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” ilə “Çelsi” futbol klubları finalda görüşəcək. 1 milyard insanın seyr edəcəyi görüşün Bakıda keçirilməsi şübhəsiz ki, böyük hadisədir. Və biz bu kimi dünya miqyaslı tədbirlərin Bakıda mümkün qədər tez-tez keçirilməsinə can atmalıyıq.
 
Yazının orijinalı bu linkdə: https://www.independent.co.uk/sport/football/european/chelsea-vs-arsenal-europa-league-final-henrikh-mkhitaryan-baku-politics-a8929576.html
Elbəyi Həsənli