Bakıda elektrik stansiyasında GÜCLÜ YANĞIN

13/11/2018 - 18:19 1 498 0   0  

Bu gün saat 16 radələrində Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Şimal İstilik Elektrik Stansiyasında yanğın olub.

Hadisə ilə bağlı 2-ci dərəcəli yanğın çağırışı elan edilib və Xəzər rayonu ilə bərabər ətraf rayonlardan bir neçə yanğınsöndürmə briqadası əraziyə cəlb edilib.
Fövqəladə Hallar Nazirliyinin Xəzər rayon Yanğından Mühafizə Hissəsindən bildirilib ki, artıq yanğın söndürülüb. Hadisəyə səbəb transformatorlardan birində qəzanın baş verməsi olub.
Ətraflı məlumat veriləcək.