Bakıda daha bir avtobus qəzası - FOTO

19/01/2019 - 13:05 2 230 0   0  

Bu gün səhər saatlarında Bakıda sərnişindaşıma xidməti göstərən avtobus qəzaya uğrayıb.

“Ölkə.Az” xəbər verir ki, qəza Avtovağzalın girişində baş verib. “7a” nömrəli avtobus əlavə yoldan əsas yola çıxanda “Gözlə” nişanına məhəl qoymayıb və yolda hərəkət edən “Mitsubishi L200” markalı avtomobillə toqquşub. 
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki maşına ziyan dəyib. Hazırda ərazidə polis işləyir və qəzanın səbəbləri dəqiqləşdirilir.