Bakıda barda işləyən qızlarla qanlı gecə davası... – Rəfiqələr bıçaqlandı

18/12/2018 - 12:12 1 900 0   0  

Bakıda iki qadını bıçaqlamaqda təqsirli bilinən 1990-cı il təvəllüdlü Şəhriyar Əlizadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib.
Şəhriyar Əlizadənin cəzasının yüngülləşdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəhriyar Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il avqustun 30-da Nizami rayonu, Qara Qarayev prospektindəki binanın qarşısında 1993-cü il təvəllüdlü Vüsalə Salmanova və onun 1985-ci il təvəllüdlü rəfiqəsi Elnarə Mikayılovaya naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib.
Yaralılar təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.
Nizami rayon Polis İdarəsi 25-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri ilə paytaxt sakini Şəhriyar Əlizadə tutulub.
Məlumata görə, xəsarət alanlardan biri həmin binadakı mənzildə kirayədə yaşayıb. Hadisə barda işləyən qızlar işdən evə qayıdarkən baş verib. Cinayəti törədən onların tanışı olub.
Şəhriyar Əlizadə onunla birlikdə qeyri-rəsmi nikahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın üstündə cinayəti törədib. Elyanora əvvəlcə Şəhriyar Əlizadə ilə birlikdə təqsirləndirilən şəxs qismində işə cəlb olunsa da sonradan cinayətin əsas şahidinə çevrilib.
Barda işləyən bu qadınlar arasında telefon üstündə mübahisə yaranıb. Mübahisəni həll etmək istəyən Şəhriyar Əlizadə sevdiyi qadının telefonunu geri almaq istəyib. Lakin zərərçəkmiş qadınlar Şəhriyarın istəyinə rədd cavabı veriblər.
Bundan əsəbləşən Şəhriyar bıçağa əl atmalı olub.
Təqsirləndirilən şəxs qismində ifadə verən Şəhriyar Əlizadə özünü günahkar bilməyib. O deyib ki, Elyanora ilə yaxın münasibətləri olub, zərərçəkmiş qadınlar Elyanoranın rəfiqələridir və hazırda eyni barda işləyirlər.