Bakıda avtobus aşdı

07/12/2018 - 21:33 6 802 0   0  

Bu dəqiqələrdə 119 saylı marşrut xətti üzrə işləyən avtobus Xocasən yolunda aşıb. Hadisə nəticəsində 8 sərnişin yaralanıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, hadisə yerinə 3 təcili yardım gedib. 2 yaralı Respublika Klinik Xəstəxanasına, 6 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan birinin- 63 yaşlı sərnişinin vəziyyəti daha ağırdır.

Yaralıların sayının artacağı istisna edilmir.

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hazırda hadisə yerindədirlər. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sayta deyib ki,  qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.