Bakıda ağır yol qəzası - ÖLƏN VAR

25/01/2019 - 16:19 12 112 0   0  

Bu gün Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” və “Toyota” markalı iki minik avtomobili toqquşub.
Suveren.az FHN-ə istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Əhmədov Şamil Şiraz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.