Bakı-Sumqayıt yolunda zəncirvari qəza - Avtomobil DYP postuna çırpılıb

29/11/2018 - 10:21 706 0   0  

Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.

“Reportun xəbərinə görə, qəzaya piyadanın qəfil yola çıxması olub.

Piyadanın yola çıxması nəticəsində 4 avtomobil biri-birinə, daha bir avtomobil isə divara çırpılıb.

Belə ki, sürət həddi 80 km/saat olan yolun hərəkət zolağına piyadanın çıxması nəticəsində sol zolaqla hərəkət edən “VAZ 2107″, “Niva”, “Mercedes Benz” və KİA markalı avtomobillər bir-birinə çırpılıb. Sağ zolaqla hərəkət edən “Nissan Qashqai” markalı avtomobil isə Xırdalandakı DYP postunun divarına çırpılıb. Qəza nəticəsində avtomobilin ön tərəfi tamamilə deformasiyaya uğrayıb.