Bakı metrosunda DAVA - Saxlanılanlar var

12/12/2018 - 20:28 436 0   0  

Bakı Metropoliteninin stansiyasında dava olub.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə metronun "Gənclik" stansiyasının platformasında, saat 18:30 radələrində baş verib:

"Stansiyada iki sərnişin arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Metropoliten işçiləri hadisəyə müdaxilə edib. Həmin sərnişinlər polis tərəfindən saxlanılıb".

Faktla bağlı araşdırma aparılır.