Bakı-Gəncə “sürət qatarı” yolda qaldı – Qatarı Bakıya teplovozla gətirdilər

05/01/2019 - 11:53 2 599 0   0  

Bakı-Gəncə sürət qatarı yolda dayanıb. Hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.

“Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb. Bu səbəbdən qatarı Bakıya gətirmək üçün teplovoz göndərilib. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.