“Azərişıq” elektriklə bağlı ZƏMANƏT VERDİ: Əvvəlki illərdən çox fərqli olacaq - AÇIQLAMA

13/11/2018 - 11:39 1 414 0   0  

“2018-2019-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək”.
Bu barədə Suveren.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, son illərdə apardığımız yenidənqurma, əsaslı təmir-tikinti işləri bunu deməyə əsas verir.
“Xüsusilə də dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materiallarımız, avadanlıqlarımız,maşın-mexanizmlərimiz var, ehtiyatımız böyükdür. Hazırda bütün yarımstansiyalarımızda cari təmir işləri başa çatdırılır. Elektrik Şəbəkələri hava şəraitinin şıltaqlığı nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ aradan qalıdırılmasına tam hazırdır. 24 saat çağrı mərkəzi fəaliyyət göstərir və Abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə çatdıra bilərlər”.
Onun sözlərinə görə, ötən 12 ildə "Azərişıq" ASC-nin balansındakı paylayıcı elektrik şəbəkələrində 54 ədəd yeni 110 kV-luq yarımstansiyalar inşa edilib. Yeni inşa edilmiş 35 kV-luq yarımstansiyaların sayı isə 163-ə çatır:
“2006-2018-ci illərdə 5322 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 759580 dayaq quraşdırılıb, 47650 kilometr uzunluğunda müxtəlif gərginlikli hava və kabel xətti çəkilib.Silsilə və kompleks tədbirlər hesabına "Azərişıq" ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər 2018-ci ilin 9 ayının yekununa görə 10%-ə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9500 meqavoltamperdən 2018-ci ilin sonuna bu göstərici 12900 meqavoltamperə çatdırılacaq.
Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılıb, elektrik enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar aparılıb.
“Azərişıq” ASC tərəfindən regionlarda 26 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 3260 ədəd 10-6 kV-luq yarımstansiyalar inşa edilib, 17725 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib. Bütün bunlar əsas verir ki, cari payız-qış mövsümü ərzində "Azərişıq" ASC-nin istehlakçılara göstərdiyi xidmətin səviyyəsi əvvəlki illərdən fərqlənəcək. Abonentlərimizin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq, tələbat tamamilə ödəniləcək”.