Azərbaycanlı və rusiyalı Almaniyada insident yaratdı

26/12/2018 - 20:25 12 403 0   1  

Almaniyanın Bavariya şəhərində iki nəfər istintaq təcridxanasında insident törədib.

“T-Online” nəşri xəbər verir ki, dünən Ayxştetdə saxlanılan 24 yaşlı azərbaycanlı və 35 yaşlı rusiyalının qarışıqlıq yaratması nəticəsində təcridxanaya ümumilikdə 100 min avro zərər dəyib.

Bildirilib ki, əvvəlcə onlar ayaqyolunu dağıdıb, daha sonra isə stolları sındırıb və mebellərə od vurublar.

Vəziyyətdən istifadə edən məhbuslardan biri qaçmağa cəhd etsə də, qısa zamanda polislər tərəfindən saxlanılıb.