Azərbaycanlı tələbədən cəsarətli ÇIXIŞ: “Niyə Xameneyi gəlib…” - Video

10/12/2018 - 12:27 14 089 0   0  

Təbrizin Universitetinin tələbəsi tədbirlərin birində İranın Ali dini lideri Əli Xameneyini sərt tənqid edib.

Suveren.az teleqraf.com-a istinadən xəbər verir ki, problemlərdən danışan Güney Azərbaycandan olan tələbə dini lideri bu məsələyə diqqət ayırmağa çağırıb.
O, İranda yaşayan insanların təzyiqlərə məruz qaldığını da bildirib:
“40 il ərzində universitetdə azadlığı təmin edə bilməyən hökumət 40 il sonra da edə bilməz. Rəhbər 30 ildir ki, İrana başçılıq edir. Nə üçün tələbələrin tələblərinə cavab vermir? Niyə universitetə gəlib tələbələrlə söhbət etmir?
Haşim Xastar nə üçün dəlixanaya aparıldı? İsmayıl Bəxşi niyə saxlanıldı?”
Çıxış vaxtı Təbrizin millət vəkili Məsud Pezeşkian ayağa qalxaraq, tələbəyə cavab vermək istəyib. Lakin zaldakı tələbələr “yerə otur” deyərək ona etiraz edib və Pezeşkianın çıxışına imkan verməyiblər.
Həmin çıxışın video-görüntüsünü təqdim edirik