Azərbaycanlı qız amansızlıqla öldürüldü – Rusiyada DƏHŞƏTLİ QƏTL

17/12/2018 - 22:34 964 0   0  

Rusiyada azərbaycanlı qız amansızlıqla qətlə yetirilib.

Suveren.az bildirir ki, bu barədə “Moskovskiy komsomolets” nəşri xəbər yayıb.

Bildirilir ki, İrkutsk vilayətinin Nijneudinsk şəhərində yaşayan 17 yaşlı Günel Rəhim qızı Dadaşova 10 gün əvvəl itkin düşüb.

Onun cəsədi ötən gün Nijneudinsk şəhərindəki körpülərdən birinin altında, zibilliyin yanında aşkar olunub. İstintaq materiallarına görə, Dadaşovanın boğazı kəsilib.

Faktla bağlı 15 və 17 yaşlı yeniyetmələr şübhəli qismində saxlanılıblar. Onlar ifadələrində qətli tamah məqsədi ilə törətdiklərini etiraf ediblər.