Azərbaycanlı milli fəala qarşı vəhşilik

09/11/2018 - 22:54 6 232 0   0  

Azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyan Ərdəbil şəhərində qohumlarından birinin evinin önündə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Suveren.az teleqraf.com-a istinadən xəbər verir ki, fəal təhqiramiz şəkildə saxlanılıb, ona güc tətbiq ediblər. Hadisə nəticəsində baş və üz nahiyəsindən xəsarət alan Həbib Sasaniyanın üz-gözü göyərib.

Təhlükəzilik orqanının əməkdaşları qandalı sıxaraq onun qolunu yaralayıblar. Fəala güc tətbiq edilərkən paltarlarının cırılaraq əynindən çıxdığı da bildirilir.

Fəalın yaxınlarının dediyinə görə, o növbətçi hakim tərəfindən müvəqqəti olaraq zaminə buraxılıb.

Qeyd olunub ki, elektrik mühəndisliyi və telekommunikasiya üzrə təhsil alan 44 yaşlı H.Sasaniyanın iki övladı var. O bundan öncə də azərbaycanlıların milli-mədəni hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.