Azərbaycanlı gənc işlədiyi binadan yıxıldı

14/11/2018 - 22:36 7 300 0   0  

Türkiyənin Sivas şəhərində dəhşətli hadisə baş verib.

Suveren.az xəbər verir ki, azərbaycanlı işçi inşası davam edən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində işləyərkən lift boşluğuna düşüb.

Hadisənin şahidləri olan iş yoldaşları yaralıya dərhal tibbi müdaxilə edib və təcili yardıma zəng vurublar. Rezayi adlı azərbaycanlı işçi yoldaşları tərəfindən lift boşluğundan çıxarılıb. O, Cümhuriyyət Universiteti Tibb Fakültəsi Araşdırma və Tətbiq Xəstəxanasına aparılıb. İlkin müayinədən sonra vəziyyətinin normal olduğu bildirilib.