AZƏRBAYCANLI ALİM ABŞ-ın NÜFUZLU JURNALINDA 3 İLLİK RƏYÇİ SEÇİLDİ - Teymur Qasımlı bu uğura imza atan ilk alimimizdir

26/11/2023 - 18:19 1 691 2   1  

Azərbaycanlı alim, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin Diplomatiya kafedrasının müəllimi, İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, politoloq Teymur Qasımlı böyük uğura imza atıb.

Suveren.az xəbər verir ki, tanınmış politoloq ABŞ-ın Nyu-York şəhərində yayımlanan, beynəlxalq indeksli “Political Science and International Relations” jurnalında 3 illik rəyçi seçilib.

Qeyd edək ki, T.Qasımlı sözügedən jurnalda rəyçi kimi fəaliyyət göstərəcək ilk azərbaycanlı alimdir.

Suveren.az