Azərbaycanın Litvada yeni səfiri təyin olundu

13/12/2018 - 19:33 805 0   0  

Prezident İlham Əliyev Tamerlan Qarayevin Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Suveren.az-ın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Tamerlan Elmar oğlu Qarayev Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.