Azərbaycanın "Formula-1"dən əldə etdiyi gəlirin məbləği açıqlandı

05/02/2019 - 12:32 670 0   0  

Azərbaycan 2016-2017-ci illərdə keçirilən "Formula 1" yarışlarından 280 milyon dollar qazanıb.
Publika.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları - 2019" adlı konfransda deyib.
Qeyd edək ki, bu gün BŞH ilə "Formula 1" Şirkətlər Qrupu arasında 2023-cü ilə qədər yeni müqavilə imzalanıb.