Azərbaycanın daha iki güləşçisi Dünya Kubokunun qalibi oldu - FOTO

20/12/2019 - 20:36 17 412 0   0  

İranın Bocnurd şəhərində keçirilən güləş üzrə klublararası Dünya Kubokuna yekun vurulub.

Oxu.Az xəbər verir ki, Olimpiya mükafatçılarımız Hacı Əliyevlə Cəbrayıl Həsənovun yarışdığı “İran Mol” komandası finalda “Azadi” komandasına qalib gəlib.

Hər iki güləşçimiz görüşlərini qələbə ilə başa vurub. Onların komandaları 8:2 hesabı ilə qalib gəlib. Bununla da hər iki adlı-sanlı güləşçimiz İran komandasının heyətində Dünya Kubokuna yiyələnib.

 

Azərbaycanı təmsil edən “Atasport” komandası isə gənclərlə yarışdığından, turniri altıncı sırada başa vurub.

Qeyd edək ki, “Atasport”un yunan-Roma güləşi üzrə komandası Dünya Kubokunda bürünc medal qazanıb. Yunan-Roma güləşçimiz Eldəniz Əzizli isə “İran Mol”un tərkibində Dünya Kubokuna yiyələnib.