Azərbaycanın Bütovlüyü Platforması sədrinə yeni müavinlər təyi edildi- FOTO

09/01/2023 - 14:17 343 0   0  

ABP-nin toplantısında İranda soydaşlarımıza qarşı təzyiqlər pislənildi

Dünən Azərbaycanın Bütovlüyü Platformasının (ABP) növbəti toplantısı keçirilib.

Suveren.az-ın əldə etdiyi məlumata əsasən, toplantıda ABP-nin İdarə Heyətinə və Məclisinə yeni üzvlər seçilib.

Bundan əlavə, tədbirdə Ruslan Rəsulov Azərbaycanın Bütovlüyü Platforması sədri Bəhram İsmayılovun Təşkilati məsələlər üzrə, Kamran Güllər (Xəlilov) isə Mətbuat və İnformasiya üzrə müavini vəzifələrinə təyin ediliblər.

Bəhram İsmayılov

ABP-nin toplantısında 20 yanvar Anım Günü ilə bağlı tədbirin təşkili ətrafında da müzakirələr aparılıb və sədr tərəfindən müxtəlif tapşırıqlar verilib.

Kamran Güllər

Tədbirdə həmçinin son günlər İranda molla rejimi tərəfindən Güneyli soydaşlarımıza qarşı həyata keçirilən qanlı olaylar, o cümlədən günahsız gənclərin edam edilməsi ətrafında müzakirələr aparılıb və fars rejiminin bu əməllləri qəti şəkildə pislənilib.

Ruslan Rəsulov

Suveren.az