Azərbaycanda yüzlərlə avtomobilin şüşəsini sındıraraq oğurluq edən şəxslər saxlanılıb

06/02/2019 - 18:11 2 434 0   0  

Azərbaycanda yüzlərlə avtomobilin şüşəsini sındıraraq oğurluq edən şəxslər saxlanılıblar. DİN-in Mətbuat xidmətindən “AzPolitika.info”ya verilən məlumata görə, paytaxtın Nizami rayonu Ə.Hacıyev küçəsində yerləşən paltar mağazalarından birindən oğurluq edilib.

Naməlum şəxslər mağazanın giriş qapısını sındıraraq içəridən 450manat pul götürərək hadisə yerindən qaçıblar. Hadisə ilə bağlı 25-ci Polis şöbəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni tərətməkdə şübhəli bilinən paytaxt sakinləri Ceyhun Abbasov və Elxan İsayev saxlanılıblar.

Onların ətraflarında 25-ci Polis şöbəsində araşdırma aparılan zaman onların başqa cinayətlərinin də üstü aşılıb. Belə ki, C.Abbasov və E.İsayevin paytaxt ərazisində və respublikanın ayrı-ayrı bölgələrində yüzlərlə avtomobilin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar etdikləri məlum olub. Onlar ifadələrində törətdikləri cinayətləri etiraf ediblər.

Faktla bağlı 25-ci Polis şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Bu şəxslərin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami RPİ və ya 25-ci PŞ-nə müraciət edə bilərlər.