Azərbaycanda son 2 gündə 15 nəfər yollarda öldü – DƏHŞƏTLİ STATİSTİKA

21/11/2018 - 10:24 472 0   0  

Son günlərdə Azərbaycanda yol qəzalarında ölüm hadisələrinin sayı kəskin artıb.

Suveren.az xəbər verir ki, həftənin ilk iş günündə - noyabrın 19-da baş vermiş yol qəzalarında 8 nəfər həyatını itirib. Noyabrın 20-də ölkə yollarında qeydə alınmış avtomobil qəzalarında isə 7 şəxs vəfat edib. Ümumilikdə son iki gündə ölkədə 15 nəfər yol qəzasının qurbanı olub ki, bu da orta statistik rəqəmdən xeyli yüksəkdir.
Qeyd edək ki, hər bir ölüm faktı ilə bağlı cinayət işi açılır və müvafiq araşdırmalar həyata keçirilir.