Azərbaycanda səhralaşma prosesi gedir - Ekoloq

23/11/2018 - 23:54 6 205 0   0  

Səhralaşma və quraqlıq prosesi Azərbaycan üçün böyük təhlükədir. Bu gün ölkəmizin 40 faizdən çox ərazisində səhralaşma prosesi gedir.

Suveren.az media.az-a istinadən xəbər verir ki, bu fikirləri “Rüzgar” Ekoloji İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun şöbə rəisi, ekoloq İslam Mustafayev deyib.

Onun sözlərinə görə, martdan oktyabra qədər olan dövrdə praktiki olaraq ölkənin bütün ərazisində quraqlıq qeydə alınır.

“Bütün bunlar biomüxtəlifliyin məhvi və yeni ekoloji qaçqınların yaranması təhlükəsi yaradır”, - ekoloq qeyd edib.

O, kənd təsərrüfatının strukturunun dəyişdirilməsi strategiyasının hazırlanmasının vacibliyini bildirib.

“Bu istiqamətdə milli fəaliyyət planı lazımdır. Bizdə su ehtiyatları məhdudlaşır, buna görə də su çatışmazlığı ilə müşayiət edilən ekoloji proses təhlükəli nəticələrə səbəb ola bilər”, - ekoloq deyib.