Politoloq: “Müxalifət zəmanət verməlidir ki, başladığı bütün prosesləri nəzarət altına ala biləcək”
Ekspertlər bildirirlər ki, dünyəvi müxalifətin sıradan çıxması, radikal islam təhlükəsi üçün zəmin yaradır. Çünki meydan boş qala bilməz və dünyəvi müxalifətin boş qoyduğu meydanı əli silahlı radikal dindarlar tuta bilərlər.
Son zamanlar dünyada İŞİD-in zəifləməsi ilə yanaşı, Azərbaycanda dünyəvi müxalifət üçün imkanlar yaranıb. Müxalifət nümayəndələri tez-tez masa arxasında toplaşaraq müzakirələr aparıb, birliklər yaradırlar.
Belə olan təqdirdə Azərbaycanda radikal islam təhlükəsi sovuşubmu?
Ekspertlər bildirirlər ki, bu cür təhlükə istənilən ölkə üçün mövcuddur. Lakin məsələlərə siyasi proseslər, yanaşmalar da təsir göstərir. Ekspertlərin fikirlərinə görə, Azərbaycanda hökumət qüvvələri çox güclüdür, baş qaldıracaq bu cür silahlı qrupları qısa zamanda zərərsizləşdirməyə qadirdir. Lakin ekspertlərə görə, müxalifət də alovu körükləməli deyil.
Durumu “Yeni Müsavat”a təhlil edən politoloq Mübariz Əhmədoğlu bildirib ki, heç kim təminat vermir ki, bu gün meydana çıxan və dünyəvi müxalifət hesab edilən şəxslərin arxasında radikal islam yoxdur: “Deyim ki, xüsusilə də Azərbaycan coğrafiyasında iş görən islam dövlətləri kifayət qədər düşünülmüş, hiyləgər siyasət aparırlar. Hesab edirəm ki, sonuncu mitinqlərin vizual baxışı oradakı vəziyyətin necə olduğunu göstərir. Mənim zəmanətim yoxdur ki, üzdə qərbyönümlü görünən partiyaların sosial bazalarını dindarlardan formalaşdırması, yalnız daxildən gələn məsələdir. Eləcə də o da çox dəqiq bəllidir ki, hazırda Azərbaycan istiqamətində kifayət qədər ciddi planları reallaşdırmaq istəyən konkret dövlət var. Mənim üçün maraqlıdır ki, nə üçün müxalifət ardıcıl surətdə dinc tədbirlər keçirib, konfrans zallarında, dəyirmi masalarda toplaşıb, iqtidar nümayəndələrini dəvət etmir. İlk növbədə dünyəvi müxalifətin dirçələrək, Azərbaycanda müxalifət səhnəsini ələ almaq məsələsini nə üçün əvvəlcə zallarda müzakirə etməyib, mitinqə çıxarırlar? Yönümündən asılı olaraq indiki müxalifət cəmiyyətə təminat verməlidir ki, onun prinsipləri dünyəviçilikdir və o, dünyəviçiliyi axıradək qorumaq gücündədir. Düşünürəm ki, bu gün ortada olan müxalifət hansısa dövlətin və ya qurumun əlində aralıq bir variantdır. Avropanı, Rusiyanı, Türkiyəni aldatmağa çalışırlar ki, Azərbaycanda ayağa qalxan var. İlham Əliyevin dövlət siyasəti, beynəlxalq aləmdə tanınması ayrıca bir parametrdir. İlkin addım kimi ola bilər ki, bunu neytrallaşdırsınlar, sonra isə özlərinin istədikləri adamı hakimiyyətə gətirsinlər. Bu baxımdan hesab edirəm ki, indiki müxalifətin mitinq etməsi, elə özünün özünə qarşı aşağılayıcı münasibət göstərməsidir. Müxalifət zəmanət verməlidir ki, başladığı bütün prosesləri nəzarət altına ala biləcək”.
Politoloq bildirib ki, dünyada bu istiqamət üzrə vəziyyət heç də yaxşı deyil: “MDB məkanında inqilab olan ölkələrə baxmaq lazımdır ki, onlarda sabitlik, xalqın xoş güzəranı varmı? Eləcə də 2005-ci ildə Qırğızıstanda da ”Tülpan inqilabı" oldu. İndi Qırğızıstanda da geriləmə baş verir. Gürcüstanda da 6 aydan bir hakimiyyət dəyişir. Biz görürük ki, Azərbaycanın əli Gürcüstanın üstündə olsa da, orada iqtisadiyyat sürətlə geri gedir. Ermənistandakı vəziyyətə də baxmaq olar. Görürük ki, orada da artıq Paşinyanın müddətini sayırlar. Nikol Paşinyan Ermənistanın ictimai mühiti üçün müvəqqəti şəxsdir. Sadəcə olaraq mübahisə gedir. Biri deyir ki, 2 il gözləyəcəyik, digəri deyir ki, mart ayında bu şəxs devrilməlidir. Harada ki, qeyr-sabitliyə doğru addımlar var, orada xalq, cəmiyyət bərbad vəziyyətə düşüb. Ona görə də istərdim ki, dünyəvi müxalifətin Azərbaycanda dirçəlib, müxalifət kürsüsünü əldə etməsi üçün planı olsun. Yuxarıda qeyd etdiyim kimi müzakirə üçün təşəbbüs olmalıdır.
Şəxsən mən, həmin müzakirələrdə iştirak etməyə hazıram. Eldə bir məsələn var ki, müqəddəs yer boş qalmaz. Azərbaycanda müxalifətin yeri boş qalmayacaq. Əgər bu gün dünyəvi, demokratik vətəndaş cəmiyyətlərinin prinsipi əsasında hərəkət edən müxalifəti sıxışdırıb, çıxaracağıqsa, onun əvəzində dindarlar gələcəklər. Dindarların hərəkəti isə bir dəfə olacaq. Yəni dindarlar hakimiyyəti yalnız bir dəfə ələ keçirirlər. Dünyanın heç bir yerində müsəlmanların, radikal islamçıların hakimiyyəti ələ alıb, sonra kiməsə verməsi halı görünməmiş olaydır. Misir təcrübəsini diqqətlə öyrənməliyik. Orada da kifayət qədər ciddi problemlər var. Radikal dindarlar hakimiyyəti ələ aldıqdan sonra onlardan bunu geri qaytarmaq mümkün olmur. Onlar bütün vətəndaş cəmiyyətinin, dünyəviliyin düşmənidir. Bu gün mitinq keçirib hansısa dövlətə bağlı radikal qüvvələri hakimiyyətə gətirsələr, onların başları birinci də kəsilməsə, ikinci kəsiləcək. Ona görə də çox ciddi vəziyyətdir. Bu barədə ciddi müzakirələrin aparılmasına ehtiyac var"./musavat
Azərbaycanda radikal islam təhlükəsi sovuşdumu?