Azərbaycanda nazir müavini işdən çıxarıldı – Sərəncam

23/11/2018 - 20:55 7 669 0   0  

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli Sərəncamı ilə Natiq Balaş oğlu Abbasov energetika nazirinin müavini vəzifəsindən azad edilib.

Bu barədə Energetika Nazirliyindən Suveren.az-a məlumat verilib.

Natiq Abbasov 2009-cu ildən energetika nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, hazırda Pərviz Şahbazovun iki müavini var. Bunlardan biri 2006-cı ildən nazir müavini olan Gülməmməd Cavadov və 2014-cü ildən nazir müavini olan Samir Vəliyevdir.