Azərbaycanda kitab sərgisi keçirildi

19/12/2018 - 19:36 865 0   0  

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşrlərindən ibarət kitab sərgisi keçirib.

Sərgidə 200 adda ədəbiyyat nümayiş olunub.

Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib ki, nəşrlər milli-mənəvi dəyərlərimizin, xalqımızın tolerant və multikultural ideyalarının və ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik

təhlili, eləcə də dini radikalizmə qarşı mübarizə məqsədilə nəşr edilir.

O qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2018-ci ilə kimi ümumi tirajı 500 mindən artıq kitab nəşr edib.

Bu kitablar ali və orta məktəblərə o, cümlədən ictimaiyyətin digər nümayəndələrinə paylanılıb.

Bundan başqa bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətlərinin, işğal altındakı bütün maddi irsimizin məhv edilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılmasını hər zaman diqqət mərkəzində saxlayır.

Dövlət Komitəsi işğal altında qalan tarixi-dini abidələrimizin tam sayının, mövcud vəziyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparıb. Beynəlxalq konfranslarda, eləcə də xarici ölkələrdə təşkil edilən sərgilərdə həmin abidələrin - məscid, ziyarətgah və alban məbədlərinin işğaldan öncə və sonrakı fotolarını nümayiş etdirib.

Eyni zamanda, konfranslar təşkil edib, bu mövzuda müxtəlif dillərdə kitab və fotoalbomlar hazırlayıb.(teleqraf)