Azərbaycanda bu il 103 mindən çox yeni körpə doğulub

17/11/2018 - 10:23 628 0   0  

2018-ci ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 103 371 doğulan körpə qeydə alınıb

Bu göstərici əhalinin hər 1000 nəfərinə 14,1 təşkil edib.
Qeyd edək ki, doğulan körpələrdən 1962-si əkiz, 84-ü isə üçəm olub.
Məlumata görə, Azərbaycanda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.(Trend)