Azərbaycanda 5 məhbus xəstəlikdən ölüb

09/04/2019 - 12:51 1 780 0   0  

Bakıda 5 məhkum həbsdə ölüb.

ONA-nın xəbərinə görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Son günlər orada saxlanılan bir neçə məhkum xəstəlikdən dünyasını dəyişib.

Dünyasını dəyişən məhbuslar – 1970-ci il təvəllüdlü Rövşən Alışan oğlu Hüseynov, 1956-cı il təvəllüdlü Elbrus Osman oğlu Qaçayev, 1987-ci il təvəllüdlü Rəhman Ramiz oğlu Həsənov, 1978-ci il təvəllüdlü Şahin Malik oğlu Hüseynov və 1965-ci il təvəllüdlü Telman Şamil oğlu Əliyevdir.