Azərbaycanda 2 qadın faciəvi şəkildə öldü - YOLUN ORTASINDA

24/01/2019 - 10:23 2 464 0   0  

Ötən gün Azərbaycanda baş vermiş yol qəzalarında 2 nəfər vəfat edib.
Dünən Siyəzən rayonunda “KİA” markalı minik avtomobili 60 yaşlı qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.
Oxşar hadisə Abşeron rayonu ərazisində də qeydə alınıb. Bakı-Quba yolunda “Shacman” markalı yük maşını yolu keçməyə çalışan qadını vurub.
Ağır xəsarət alan 47 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./Publika