Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı dəqiqləşdi

11/04/2019 - 12:20 1 768 0   0  

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan aprelin 15-də Moskvada görüşəcək.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədr ölkəsinin XİN rəhbəri qismində Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək. 
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan və Ermənistan XİN başçıları martın 29-da Vyanada görüşüblər.