Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü rəsmən tanıdı

11/11/2022 - 10:33 692 0   0  

"Oktyabr ayında Praqa və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı".

Suveren.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

"Bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı", - dövlət başçısı bildirib.