“Azərbaycan rəhbərliyinin məsləhətlərinə ehtiyacımız yoxdur” – Ermənistan XİN

24/03/2019 - 21:56 1 764 0   0  

“Bizim belə məsləhətlərə ehtiyacımız yoxdur, bizim üçün prioritet – Ermənistanın inkişafı, islahatlar və Qarabağın təhlükəsizliyinin təmin olunmasıdır”

Xəbər görə  Ermənistan rəhbərliyi bəyan edib ki, ölkənin inkişafı üçün hansı tədbirlərin görülməsi məsələsində məsləhətə ehtiyac duymur. Bu barədə “Sputnik Ermənistan” agentliyinə xarici işlər nazirliyinin nümayəndəsi Anna Nağdalyan bəyan edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bugünlərdə söylədiyi fikirləri Anna Nağdalyan belə şərh edib. Baş diplomatımız Ermənistana məsləhət görmüşdü ki, iqtisadi inkişafa nail olmaq üçün Türkiyə və Azərbaycanla münasibətləri nizamlamalıdır.

“Bizim belə məsləhətlərə ehtiyacımız yoxdur, bizim üçün prioritet – Ermənistanın inkişafı, islahatlar və Qarabağın təhlükəsizliyinin təmin olunmasıdır” – deyə, Nağdalyan bildirib.

O, qeyd edib ki, Ermənistan xalqı və hökuməti qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir.

Nağdalyan əlavə edib ki, Qarabağ münaqişəsinin nizamlanmasında bölgənin bütün dövlətləri maraqlıdır və Azərbaycanın da iqtisadi inkişafı bu amillərdən asılıdır.

Əslində, Nağdalyan harsının bu bəyanatı Azərbaycana qarşı «üstüörtülü hədə»dən başqa bir şey deyil və mahiyyət etibarilə, Rusiyanın Azərbaycana yönəlik sürüşkən-qəsbkar siyasətinin aparıcı amillərindən biridir. Bu hədə altında Azərbaycanın kommunikasiya sisteminin Rusiya tərəfindən hücuma məruz qala biləcəyi fikri gizlədilib.

Məmmədyarovun məsləhətinə gəlincə, Nağdalı harsın həm də həşəmətli diplomata demək istəyib ki, “özünə umac ova bilmirsən, özgəyə əriştə kəsmək istəyirsən?”