Azərbaycan ordusunda iməcilik keçirildi

24/11/2018 - 22:30 487 0   0  

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən noyabrın 24-də ümumordu iməciliyi keçirilib.

Suveren.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində ərazilər təmizlənib, hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kolları əkilib, yaşıllıq zolaqları salınıb.