Azərbaycan Mərkəzi Bankı Rotşildlərlə - MÜQAVİLƏ BAĞLAYIR

13/03/2019 - 20:38 11 950 0   0  

Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild Global Financial Advisory” şirkəti strateji əməkdaşlıq haqqında saziş imzalanacaq. FED.az xəbər verir ki, bu martın 1-də Parisdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşdə bildirilib. Görüşdə sözügedən sazişin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, görüşdə Azərbaycan hökumətinin iqtisadi blokunun rəhbərləri – Maliyyə Naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov da iştirak edib.