Azərbaycan məhsulları Nigeriya marketlərində - Fotolar

29/11/2018 - 23:10 1 594 0   0  

Nigeriyanın prestijli “La Pounte” supermarketində “Made in Azerbaijan” brendi ilə Azərbaycan məhsullarının satışına başlanılıb.

Suveren.az xəbər verir ki, bu barədə Azərtac-a Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramova-Bernard deyib.

Qeyd edək ki, Azərbaycan məhsulları xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə satışa çıxarılır. Məqsəd “Made in Azerbaijan” brendini xarici bazarlarda təşviq etməkdir.