Azərbaycan ictimaiyyətinə MÜRACİƏT - "Qarabağda erməni muxtariyyəti yaratmaqla..."

03/11/2020 - 15:32 532 0   0  

Hörmətli Azərbaycan ictimaiyyəti!

Bu günlərdə Azərbaycan ordusu xalqımıza fövqəladə qələbə sevinci yaşadır. Qarabağı, işğal altında əsir qalmış yurdlarımızı azad edir. Birinci Qarabağ müharibəsində xalqımıza və dövlətimizə qarşı şər ittifaqında birləşən erməni himayədarları olan dövlətlərin səyləri nəticəsində qədərimiz olmuş məğlubiyyət sindromundan prezident İlham Əliyevin başçılıq etdiyi Qarabağ hərbi hərəkatı ilə qurtuluruq, əyilmiş qəddimizi dikəldirik. Məlumdur ki, hər müharibə məğlub tərəfin kapitulyasiyası, qalib tərəfin zəfərinin təsdiqləndiyi sazişlərlə bitir. Bizim vəziyyətimizdə ATƏT-in Minsk qrupunun illərlə bizə sırıdığı danışıqların əsas məqamlarından biri Qarabağa ən yüksək muxtariyyət statusu vermək idi ki, Azərbaycanın de-fakto Qarabağa nəzarəti itirməsi ilə nəticələnəcəkdi.

Hal-hazırda ölkə daxilində müxtəlif səviyyələrdə gedən müzakirələrdə yenə də muxtariyyət statusu məsələsinin gündəmə gətirildiyi və tirajlandığı görülməkdədir. Azərbaycan prezidenti İlham Əliyevin “artıq əvvəlki status-kvo”nun olmadığı, vəziyyətin dəyişdiyi barədə müxtəlif media vasitələrinə, o cümlədən xarici media qurumlarına verdiyi müsahibələrdən də görülməkdədir ki, artıq Qarabağa öz müqəddəratını təyin etmək və muxtariyyət (siyasi) verilməsi məsələsi gündəmdə deyil. Hətta prezidentin 2020-ci il 4 oktyabr Al Jazeera telekanalına verdiyi müsahibədə “Erməni xalqı artıq öz müqəddəratını müəyyən edib. Onların erməni dövləti var. Ermənilər Fransada, ABŞ-da, Rusiyada, Yaxın Şərq ölkələrində yaşayırlar. Qoy onlar bu ölkələrdə öz müqəddəratını təyin etsinlər. Əgər ermənilər onlara aid olmayan torpaqlarda yalnız çox sayda məskunlaşdıqlarına görə torpaq istəsəydilər, bu ölkə rəhbərlərinin reaksiyası necə olardı” deyə münasibət bildirmişdi. Bundan başqa dövlət başçısı dəfələrlə, hətta bu son günlərdə də ermənilərin bu torpaqlara gəlmə olduğunu, Ermənistanın bizə məxsus olan torpaqlarda qurulduğunu, İrəvanın və digər ərazilərin bizim doğma ata-baba torpaqlarımız olduğunu qeyd etmişdir.

Ermənistandan deportasiya olunan əhalinin 7 milyona, bəzi məlumatlara qədər isə 9 milyona qədər nümayəndələrinin olması qeyd olunur. Bu əhali Qərbi Azərbaycan kökənli olduğu üçün deportasiya olunduğu torpaqlara qayıtması ən təbii haqqıdır. Bəzi müraciətlərdə ermənilərə Qarabağda muxtariyyət verilməsi əvəzində Qərbi Azərbaycanlılara da Zəngəzur və Göyçədə muxtariyyət verilməsi tələbi səsləndirilir. Erməni əhalinin isə Qarabağla heç bir etnik-genetiki bağı olmadığı kimi, hazırkı Ermənistanla heç bir etnik-genetiki bağı yoxdur. Hətta onlara muxtariyyət verilməsi halında da Qərbi Azərbaycanlıların doğma torpaqlarına qayıdacağına qaraniya yoxdur. Erməniləri bu etnik işğal tarixi dövründə tanımadınızmı? Əvəzində onlara heç bir aidiyyatı olmayan Qarabağda muxtariyyət verilməsi bu fəlakətlərin yenidən və yenidən yaşanacağına əl yeri qoymaqdır. Beynəlxalq hüquqa ümidlənirsinizsə beynəlxalq hüququ təmsil edən təşkilatların, hətta BMT-nin də ikili standartalrı rəhbər tutduğuna dəfələrlə şahid olduq.

1918-ci il 11  may-4 iyun tarixdə baş tutmuş Batum konfransında Azərbaycan “Aleksandropol quberniyası hüdudlarında” erməni dövləti dövləti yaradılmasına və İrəvan şəhərini ermənilərə güzəştə getməyə məcbur oldu. Müqavilədə ermənilərə bu şərtlər irəli sürülürdü: ermənilər Qarabağa olan iddialarından əl çəkəcəklər; erməni terrorçu dəstələrinin türk-müsəlman əhalisini qətliamı durdurulacaq; Ermənistan hökuməti müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, ictimai və siyasi fəaliyyət, ana dilində təhsil almaq hüquqlarını təmin edəcək; Ermənistan respublikası Azərbaycanla vahid konfederativ dövlətdə birləşmək üçün çalışacaq. Beləlikə, Batum konfransının nəticəsi olaraq Azərbaycana tiroaqlarında ermənilərə bir sıra ərazi güzəştlərinə gedilərək İrəvan şəhərinin də daxil olduğu Yeni Bəyazid və Eçmiədzin bölgələrindən ibarət Ermənistan dövlətini qurulması təsdiqləndi. Hazırda İrəvan və ətrafı olmaqla 9 min kv.km-dən başqa Ermənistanın sərhədləri daxilində qalan 20 min kv.km ərazi Batum konfransına görə Azərbaycanın qanuni əraziləridir. Həmçinin 1920-ci il Paris sülh konfransının Azərbaycanı müstəqil ölkə kimi tanıdığı xəritəsində də bu 20 min kv.km Azərbaycana aid  ərazilər idi.

1920-ci ildə Azərbaycan sovetlər tərəfindən işğal olunduqdan sonra 1921-ci ildə Rusiya Kommunist Partiyasının Qafqaz Diyar Bürosunun təzyiqi və Azərbaycan SSR-nin rus-bolşevik başçısı Sergey Kirov tərəfindən Azərbaycanın Qabağ bölgəsində mərkəzi Xankəndi şəhəri olmaqla türk torpaqlarında türk əhalinin razılığı olmadan, mövqeyi nəzərə alınmadan “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil olundu. İyunun 14-də Ermənistan SSR Ali Soveti DQMV-in Ermənistanın tərkibinə daxil edilməsi haqda qərar qəbul edib, Azərbaycan SSR Ali Soveti isə buna etiraz olaraq iyunun 17-də DQMV-in Azərbaycanın tərkibində olmasını yenidən təsdiq edib. İyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan və Ermənistanın milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə qərar çıxarıb. Amma göründüyü kimi ermənilərin qarşısını heç bir şey ala bilmədi. Bu dəfəki Qarabağ müharibəsi gedişində ermənilərin döyüş bölgəsinə aid olmayan Gəncə, Bərdə, Tərtər şəhərlərinə və. sərhədyanı yaşayış məntəqələrinə endirdiyi raket zərbələrinə şahid olduq. Bundan sonra ermənilərə inanacaq qədər sadəlövhlük haradan qaynaqlanır? Qarabağda erməni muxtariyyəti yaratmaqla bundan sonrakı nəsillərimizi də deportasiya edilən nəsillərimizin taleyini yenidən yaşatmaq istəyirsiniz? Azərbaycan ərazisində ermənilərdən daha çox sayda yaşayan və bu Qarabağ hərəkatında vətənə olan sədaqətini canını-qanın qurban verərək sübut edən digər etnik azlıqlar da yaşayır. Onların buna necə reaksiya verə biləcəyini düşünə bilirsinizmi? Dövlətə sadəqətini göstərmiş xalqlar və dövlətə xaincəsinə zərbə vurmuş separatçı toplum...

Ermənilərin nəinki bizim ölkəmizə, Türkiyə, Gürcüstan hətta Rusiyaya qarşı düzənlədikləri separatçı planları diqqətə alaraq bilməliyik ki, onlara Zəngəzurda muxtariyyət əvəzində Qarabağda muxtariyyət verilə-vəd olunması məqsədəuyğun deyil. Zəngəzura qayıtmaq bizə qarşı tətbiq olunmuş deportasiyanın və bizə qarşı törədilmiş haqsızlığın aradan qaldırılması, beynəlxalq hüquq prinsiplərinin və tarixi ədalətin bərpa olunması vasitəsilə ola bilər. Bir daha xatırladaq ki, ermənilər yox, məhz Qərbi Azərbaycanlılar deportasiya, etnik təmizləmə və haqsızlığın qurbanı olub. Buan görə onlara muxtariyyətin əvəzində yox, haqqımız olduğu üçün o torpaqlara qeyd-şərtsiz qayıtmalıyıq. Muxtariyyət söhbətinin tirajlanmasının hansı niyyətlərə hesablandığı barədə isə düşünün...  

Imza:

Aqil Səmədbəyli, siyasətçi

Abil Babaoğlu, həkim, “Sözbir” hərəkatı başkanı

Pəri İsaqova, müəllimə

Nigar Ögeday, yazar

Pənah Məmmədzadə

Elturan Musayev, yazar

Gülnarə Zeynallı, iqtisadçı

Akif Pirəliyev Cülməmməd oğlu

Şakir Həsənov, iş adamı

Püstə Quliyeva Sabir qızı

Rzayeva Zülfiyyə Əli qızı

Əskərova Lətifə Qasım qızı

İmanov Vahid Yengibar oğlu

Vəliyev Habil Arif oğlu

Ülviyyə Şükürova, journalist

Elçin Abdullayev, siyasi analitik

Rəsul Rəsulov Asif oğlu

Qurbanov Heydər

Abil Şükürov Rizvan oğlu

Mahmudov Mahmud Sarvan oğlu

Məkurə Yasinova Ələmşah qızı, Krasnoselo rayonu Gölkənd kəndi

Qasımov Kamran Mehralı oğlu, Göyçə mahalı, Toxluca kəndi

Əskərov Nəriman Qasım oğlu, Vedibasar rayonu

Əsgərov Qurban İsabalı oğlu, Göyçə mahalı, Ardanış kəndi

Yusubov Yusif Mustafa oğlu, Noyemberyan rayonu, Lənbəli kəndi

Novruzov Dağqın Salman oğlu, Qafan rayonu Gıqı kəndi

Qasımov İntiqam Əziz oğlu, Göyçə mahalı Basarkeçər rayonu, Qayabaşı kəndi

Qasımov  Xəqani Əziz oğlu, Göyçə mahalı Basarkeçər rayonu, Qayabaşı kəndi

Talıbov Rizvan Rəşid oğlu, Krasnoselo rayonu Yanıqpəyə kəndi

Cəfərov Ravil Nadir oğlu, Zəngəzur Mehri rayonu, Nüvədi kəndi

Cəbrayılova Nəzakət Bahadur qızı, Qafan rayonu, Şəhərcik kəndi

Rzayev Yaşar Sabir oğlu, Zəngəzur mahalı, Gorus rayonu, Şurnuxu kəndi

 Yavər Bayramov

Akif Pirəliyev Gülməmməd oğlu, Qərbi Azərbaycan, Əzizbəyov rayonu Köçbək kəndi 

Orucova Məmləkət Qaçay qızı (şəhid ailəsi) Zəngəzur mahalı, Qarakilsə rayonu, Ağüdi kəndi