"Azərbaycan hökumətinin fəaliyyətini dondurun!" - İlqar Məmmədovdan Avropa Şurasına ÇAĞIRIŞ

03/01/2020 - 22:02 11 170 0   0  

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Avropa Şurasına Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilməməsi ilə bağlı təqdimat göndərib. Məmmədov hesab edir ki, Azərbaycan hakimiyyəti qəsdən AİHM-nin ona bəraət verilməsi haqqında qərarına məhəl qoymur.

Bu səbəbdən Məmmədov 9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini irəli sürə bilmir. Məmmədov xatırladır ki, 2019-cu il mayın 29-da AİHM Azərbaycanın Avropa Şurası qarşısında öhdəliyini yerinə yetirmədiyi haqqında qərar qəbul edib.

Ötən il Aİ Nazirlər Komitəsi Azərbaycana 8 fəal barəsində məhkəmə qərarlarını ləğv etmək üçün 2019-cu il dekabrın 31-nə qədər vaxt verib. Amma bu da yerinə yetirilməyib.

Bundan irəli gələrək və Avropa Şurası Nizamnaməsinin 3 və 8-ci maddələrin rəhbər tutaraq, Məmmədov Avropa Şurasında Azərbaycan hökumətinin hüquqlarının dondurulması proseduruna başlamağı təklif edir.