Azərbaycan hələ Sarkisyanın dövründə Ermənistanı... - Amatuni erməniləri şoka salacaq SİRRİ AÇDI

20/11/2018 - 13:38 1 975 0   0  

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş verənlər Ermənistanda Nikol Paşinyana qarşı qəzəbə səbəb olub.

Suveren.az publika.az-a stinaden xəbər verir ki, siyasi dairələr Ermənistanın KTMT-də uğursuzluğa düçar olmasının Nikol Paşinyanın səhv siyasəti və ağılsızlığından qaynaqlandığını bildirirlər.
“Daşnaksütyun” fraksiyasının rəhbəri Armen Rüstəmyan hesab edir ki, KTMT-də problemlər yaranacaqsa, bu, ilk növbədə Azərbaycanın xeyrinə olacaq.
Erməni şərhçi Aram Amatuni isə yazır ki, əslində erməni siyasi qüvvələr seçkilər öncəsi bu məsələdən Paşinyana qarşı istifadə edirlər.
Onun sözlərinə görə, Ermənistanın KTMT-də zəif mövqeyə sahib olması hələ Serj Sarkisyanın dövründən var idi: “Hələ o vaxt KTMT-də və Avrasiya İqtisadi İtifaqında Ermənistanı alçaldırdılar, Azərbaycan isə bu ittifaqların üzvü olmasa da, orada daim onun maraqları müdafiə olunurdu. Bu, o vaxtlar idi ki, “Daşnaksütyun” Respublika Partiyası ilə birlikdə iqtidarı bölüşdürürdü. Serj Sarkisyan bütün bu təhqirləri gizlədir və məğlubiyyəti ört-basdır etmək üçün əlindən gələni edirdi. İndi Paşinyan Sarkisyanın mirasını daşıyır və o, Sarkisyandan fərqli olaraq, Ermənistanın təhqiramiz mövqedə olduğunu gizlətmədi”.