Azərbaycan Dünya Bankının reytinqində

04/06/2017 - 23:44 29 461 1   1  

Dünya Bankı (WB) Azərbaycanı Yuxarı Orta-Gəlirli (Upper-Middle-Income Economies — 4,036 dollardan 12,475 dollaradək) ölkələrin siyahısına daxil edib. 

Oxu.Az-ın xəbərinə görə, bu qrupa həmçinin Gürcüstan, Türkiyə, Rusiya, Çernoqoriya, Argentina və Makedoniya kimi ölkələrin adı salınıb.

Məlumatda bildirilir ki, Ermənistan Aşağı Orta-Gəlirli (Lower Middle-Income) ölkələr sırasındadır. 

Qeyd edək ki, WB bu kateqoriya üzrə ölkələri 4 qrupa ayırıb. Siyahıda ümumilikdə 200 ölkənin adı yer alıb.