“Azərbaycan ciddi geosiyasi regiona çevrilib” - Sergey Markov

29/05/2019 - 12:17 2 761 0   0  

“Azərbaycan çox vacib, ciddi geosiyasi regiona çevrilib. Müntəzəm olaraq Azərbaycanda beynəlxalq forumlar keçirilir”.

Suveren.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiyanın Siyasi araşdırmalar institunun direktoru Sergey Markov deyib. 

O, xatırladıb ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi mövcuddur: 

"Biz hamımız dialoqun tərəfdarıyıq. Hər bir xalqın bir sıra problemləri var. Çox vacibdir ki, biz o problemləri başa düşək və onların həlli üçün yolları birgə arayaq. Bizə məlumdur ki, Azərbaycan çox vacib geosiyasi mövqedə yerləşir".