AZAL-ın vitse-prezidentinə qarşı təxribat

31/10/2018 - 21:24 1 627 0   0  

Bir sıra kütləvi informasiya vasitələri məlumat yayıblar ki, DYP-nin yol hərəkəti qaydalarını pozanlara qarşı reydi zamanı AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğlu saxlanılıb.

Bildirilir ki, 1990-cı il təvəllüdlü Fərhad Eldar oğlu Hacıyev sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb. Gənc 10 NG 800 dövlət nömrə nişanlı “Jaguar” markalı avtomobilin sükanı arxasında olub.

Lakin AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bu məlumatı təkzib edərək qeyd edib ki, onun Fərhad adlı oğlu yoxdur.

“Mənim üç uşağım var. Əli (1990-cı il təvəllüdlü), Arslan (1993) və qızım Şükufə (1997). Fərhad adlı oğlum yoxdur”, - Eldar Hacıyev bildirib.

O, həmçinin jurnalistləri məsuliyyətli olmağa və yoxlanmamış məlumatları yaymamağa çağırıb.

 

virtualaz.org