Azad Suriya Ordusu Münbiçi mühasirəyə aldı - Zaman-zaman atışma yaşanır

04/01/2019 - 16:57 1 147 1   0  

"Böyüklərimiz Münbiç tərəfində qaldı, illərdir görüşə bilmirik".

Azad Suriya Ordusunun döyüşçüləri terror qruplaşması PKK/YPG üzvlərini Münbiçdə sıxışdırıb.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türk Silahlı Qüvvətləri Münbiçdə olan PKK/YPG terror hədəflərinə aid gerçəkləşdirməyi planlaşdırdığı əməliyyat öncəsi cəhbə xəttlərində işə başlayıb.
El Bab – Münbiç cəbhə xəttində olan Boughaz kəndi yaxınlıqlarında Azad Suriya Ordusu üzvləri ilə terroristlər arasında iki gündür atışmalar qeydə alınır.
PKK/YPG terroristlərinin açdığı atəşlərə Azad Suriya Ordusu ağır artileriyadan istifadə edərək cavab verir.
El Babın Arima qəsəbəsinin yaxınlığındakı Boughaz kəndi PKK/YPG və ASO arasında sərhəd xəttini yaradır.
ASO Boughaz kəndinin qarşısındaki Ulaslı kəndində məskunlaşıb. 300 nəfərin yaşadığı kəndin Boughaz kəndinə baxan evləri sipər olaraq istifadə edilir.
PKK/YPG-lilər tərəfindən boşaldılan kəndi terroristlər nəzarətdə saxlayır. Ərazidəki son hadisələri dəyərləndirən Milli Ordunun sözçüsü Yusuf Hamud “ASO döyüşçüləri cəbhə xəttinə 7 gün 24 saat keşik çəkirlər. Ulaşlı kəndi terroristlərlə zaman-zaman atışmalar yaşandığı bir nöqtədir. Terroristlərin atəşlərinə artıqlaması ilə cavab veririk” deyə danışıb.
Terroristlərin işğalındaki Bougaz kəndində yaşayan əhali də PKK/YPG-lilərin gəlməsi ilə ASO nəzarəti ilə başqa kəndlərə köçüblər.
Həmin kənddə yaşayan Muhammet Feyta da bunları deyib: “Terroristlər gəldiyi zaman evimizi qoyub Ulaşlıya gəldik. Böyüklərimiz Münbiç tərəfində qaldı, illərdir görüşə bilmirik. Evlərimiz terroristlər tərəfindən dağıdılıb. Bizim kimi parçalanan yüzlərlə ailə var. Artıq evimizə, yurdumuza köçmək istəyirik”.
Digər tərəfdən Suriya rejimi Münbiç bölgəsindəki PKK/YPG-li terroristlərdən bir qisminin çəkildiyini bildirdi.
Öncəki gecə verilən açıqlamada “400 militan Münbiçdən ayrıldı” deyildi. Yerli qaynaqlar isə terroristlərin Münbiçdən çəkildiyi iddialarını yalanlayıb.
ABŞ prezidenti Donald Tramp terror qruplaşması YPG/PKK-nın İrana benzin satmasından narahat olduqlarını bildirərək “Onlardan satmayacaqlarını istədik” deyib.